Qadın sahibkarlar layihə çərçivəsində bir sıra tədbirlər həyata keçiriblər
2024-cü ilin iyul-dekabr aylarında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) maliyyələşdirdiyi və 7 qadın sahibkar tərəfindən həyata keçirilən “Quru meyvələrin qablaşdırılmasında yeni üsulların tətbiqi və onun marketinqinin təkmilləşdirilməsi” layihəsi başa çatıb.
QHT.az xəbər verir ki, layihə çərçivəsində Quba, Xaçmaz, Qusar və Şabran rayonlarında qadın sahibkarlar quru meyvələrin daha gigiyenik və cəlbedici şəkildə qablaşdırılması üçün müxtəlif tədbirlər həyata keçiriblər. Bunun nəticəsində yeni “BİO-LƏZZƏT” adlı quru meyvələr bazar və supermarketlərdə satışa çıxarılıb. Müştərilərin diqqətini çəkən yeni qablaşdırma həmçinin qadın sahibkarların gəlirlərinin artmasına şərait yaradıb.
Layihənin digər uğurlarından biri də onlayn satış imkanlarının yaradılması olub. Bu məqsədlə “biolezzet” adlı instaqram səhifəsi açılıb