“Mediasiya proseslərinin təşviqində QHT-lərin rolu” mövzusunda müzakirələr aparılıb - FOTOLAR
QHT.az xəbər verir ki, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (AMQF) İdarə Heyətinin sədri Ramil İsgəndərlinin verdiyi məlumata əsasən, 26-27 dekabr tarixlərində “Mediasiya proseslərinin təşviqində QHT-lərin rolu” mövzusunda müzakirələr keçirilib.
"Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Mediasiya Şurası və Azərbaycan Milli QHT Forumu (AMQF) tərəfindən “Mediasiya proseslərinin təşviq edilməsində QHT-lərlə əməkdaşlığın rolu” adlı iki günlük tədbir keçirilib. Tədibirin 1-ci günü, dekabrın 26-da AMQF-in konfrans zalında, sonrakı gün isə onlayn formatda təşkil edilmişdir. Hər iki tədbirdə ümumilikdə 60-dək mediator və QHT nümayəndələri iştirak etmişlər".