Xəbərlər 28.12.2024 11:36 154

“DSMF ölkə iqtisadiyyatının investisiya institutlarından birinə çevrilməkdədir” - Professor

İnnovativ İqtisadi Araşdırmalar İnstitutunun direktoru, professor Elşad Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov və digər rəhbər vəzifəli işçiləri ilə keçirilmiş görüş barədə açıqlama verib.

O bildirib ki, DSMF ölkədə sosial siyasətin həyata keçirilməsində mürəkkəb və sistemli funksionala malik bir qurum olmaqla yanaşı, tədricən ölkə iqtisadiyyatının investisiya institutlarından birinə çevrilməkdədir. Bu məsələ, professorun sözlərinə görə, hazırda aktual olaraq gündəlikdədir.

"Fondun rəhbər heyəti ilə aparılmış fikir mübadiləsinə əsasən bildirmək istəyirəm ki, qurumun rəhbərliyində təşkilatın qısa, orta və uzunmüddətli inkişaf perspektivləri ilə bağlı zəngin tədqiqat bazasına söykənən müvafiq yanaşmalar formalaşmışdır ki, bu DSMF üçun bütövlükdə vacib amildir! Konstruktiv, eyni zamanda peşəkar müzakirələr şəraitində keçən tədbirdən məmnun oldum! Zənnimcə, bu tədbir Fondun rəhbərliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şura ilə əməkdaşlığa böyük önəm verdiyini göstərmiș oldu. Əslində bu çox önəmlidir. Çünki Şuranın sosial siyasətə peşəkar, məsuliyyətli və həssas yanaşması onun aidiyyatı Dövlət qurumları ilə əməkdaşlığı üçün müvafiq effektiv platformanın mövcud olmasını məqsədəuyğun edir!"

 

Pərvanə Fərhadqızı

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı