Xəbərlər 27.12.2024 17:36 182

“Qardaşlaşmış Qarabağ Məktəbləri” V Qış Düşərgəsi başa çatıb - FOTOLAR

Azərbaycan Diasporuna Dəstək Fondu, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Qardaşlaşmış Qarabağ Məktəbləri” V Qış Düşərgəsinə yekun vurulub.

QHT.az xəbər verir ki, Moldovada yaşayan soydaşlarımızın övladları və Azərbaycanın qəhrəman şəhidlərinin övladlarının iştirakı ilə baş tutan düşərgənin bağlanış mərasimində bütün düşərgə iştirakçılarına sertifikatlar təqdim olunub.

Qeyd edək ki, 20-27 dekabr 2024-cü il tarixlərində keçirilən bu düşərgədə Azərbaycandan olan şəhid övladları və Moldovada yaşayan soydaşlarımızın övladları daxil olmaqla ümumilikdə 12-15 yaş aralığında olan 20 məktəbli iştirak edib. Düşərgə ərzində iştirakçılar üçün müxtəlif istiqamətli peşəkar təlimlər, Moldovanın Azərbaycandakı səfiri Aleksandr Esaulenko və 5 qat Dünya Çempionu olan güləşçimiz Eldəniz Əzizli ilə görüş, həmçinin Bakı şəhərinin tarixi-turistik məkanlarına ziyarətlər təşkil olunub.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı