Xəbərlər 12.12.2024 13:06 161

Arxeoloqlar Kleopatranın məzarını axtarırdılar, başqa mühüm kəşf etdilər

Məşhur kraliçanın məzarı hələ tapılmayıb, lakin başqa mühüm tapıntılar da var.

QHT.az xəbər verir ki, Misir kraliçası VII Kleopatranın itirilmiş məzarını axtaran arxeoloq Kathleen Martinez, eramızdan əvvəl 51-30-cu illərdə Misiri idarə edən kraliçanın əsl üzünü əks etdirə biləcək ağ mərmərdən hazırlanmış heykəl tapıb. Heykəldə balaca burunlu, dodaqları büzülmüş və saçları hörülmüş bir qadın təsvir olunub. Martinez və komandası həmçinin 337 sikkə, saxsı qablar, yağ lampaları və digər artefaktlar aşkarlayıb. Tapıntılar İsgəndəriyyə yaxınlığındakı Taposiris Magna məbədində üzə çıxıb. Arxeoloq Kleopatranın cəsədinin saraydan tunel vasitəsilə bu məbədə aparılaraq gizli şəkildə dəfn edildiyini düşünür.

Bununla belə, bəzi arxeoloqlar tapılan heykəlin başqa bir qadını təsvir etdiyini və Kleopatranın İsgəndəriyyə şəhərində dəfn edildiyini iddia edirlər. Misirin Turizm və Qədim Əsərlər Nazirliyi isə tapıntıların əhəmiyyətini vurğulayaraq, onların dövrün mədəni, memarlıq və mərasim təcrübələrinə işıq tutduğunu bildirib.

 

R.İmanov


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı