“Odlar yurdu Azərbaycan” adlı təlim keçirilib - FOTOLAR
Uşaq Səfirlər Məclisinin Sabirabad rayonu üzrə region nümayəndəsi Əminə Quliyevanın təşəbbüsü və Sabirabad rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Odlar yurdu Azərbaycan” adlı təlim keçirilib.
QHT.az xəbər verir ki, təlimdə Uşaq Səfirlər Məclisinin nümayəndəsi, 20 fəal uşaq komandası və Gənclər İnkişaf Kariyera mərkəzinin könüllüləri də iştirak ediblər. Tədbir zamanı Azərbaycan mədəniyyəti, təbii sərvətləri, dilbər guşələri, adət-ənənələri və təbiəti haqqında məlumatlar iştirakçılara aşılanıb. Təlimin sonunda interaktiv oyun keçirilib və suallar cavablandırılıb.