Xəbərlər 09.12.2024 15:06 168

Elnura Abuşova: "Erkən nikahlar cəmiyyətin sosial problemlərini dərinləşdirir"

Ailə və Uşaqlara Sosial Dəstək İctimai Birliyinin sədri Elnura Abuşova QHT.az-a erkən nikahların mənfi təsirləri ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, erkən yaşda bağlanan nikahlar gənclərin təhsil və psixoloji inkişafına mənfi təsir göstərir, qadınların işsizlik səviyyəsini artırır və cəmiyyətdə sosial bərabərsizliyə səbəb olur.

QHT sədri bildirib ki, belə nikahlardan doğulan uşaqlar lazımi qayğıdan məhrum olur və bu, onların inkişafını ləngidir. O, boşanma ərəfəsində olan ailələrə psixoloji yardım mərkəzlərinin vacibliyini vurğulayıb və regionlarda hüquqi maarifləndirmənin artırılmasının erkən nikahların qarşısını ala biləcəyini qeyd edib.

Hazırkı vəziyyətlə bağlı məlumat verən E.Abuşova Zaqatala-Balakən zonasında erkən nikahların geniş yayıldığını və bu məsələnin ciddi monitorinq tələb etdiyini əlavə edib.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı