Xəbərlər 09.12.2024 09:06 138

Türkiyədə “Şaxta baba”nın qəbri tapılıb - FOTOLAR

Türkiyənin Antalya şəhərində dünyada “Noel baba”, ölkəmizdə isə “Şaxta baba” kimi tanınan Əziz Nikolasın adını daşıyan kilsədə sarkofaq tapılıb.

QHT.az xəbər verir ki, tapılan sarkofaq orta əsrlərdə baş verən zəlzələ və sunamilər nəticəsində allüviumlarla örtülüb. Mütəxəssislərin rəyinə görə, tapılan sarkofaq Şaxta baba personajının yaranmasına ilham verən Əziz Nikolasa aid ola bilər. Hazırda sakrofaqın yalnız qapaq hissəsinə qədər olan hissəsi üzə çıxarılıb. Digər hissələrinin də torpaq qatlarından təmizlənməsi üçün iş aparılır. 

Sarkofaqın uzunluğu təxminən 2 metrdir və tədqiqatçılar onun yerin 1,5-2 metr dərinliyində basdırılmış ola biləcəyini deyirlər. Daş tabutun yuxarı qapağı və hündür damı var idi ki, bu da bölgədə yayılmış üslubu xatırladır. Arxeoloqlar kilsənin 1989-cu ildən bəri qazılan ikimərtəbəli əlavəsində sarkofaq aşkar ediblər.

Qeyd edək ki, Əziz Nikolasın Antalyanın Kaş qəsəbəsinə yaxın antik Patara şəhərində doğulduğu güman edilir. Daha sonra isə o, indi Demre adlanan qədim Myra şəhərinə gedib və gənc yaşlarında yepiskop vəzifəsini icra edib. Rəvayətlərə görə Əziz Nikolas xüsusilə uşaqların, yoxsulların, səyyahların və dənizin qoruyucusu olub.

 

R.İmanov

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı