Xəbərlər 07.12.2024 18:15 269

Aygün Əliyeva: Özbəkistanda vətəndaş cəmiyyəti həftəliyinin keçirilməsi çox mühüm bir hadisədir - VİDEO

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Özbəkistanda keçirilən Vətəndaş Cəmiyyəti Həftəsinin yekunları və  Özbəkistan Respublikası Prezidentinin təsis etdiyi "Vətəndaş cəmiyyətinin inkişafındakı xidmətlərinə görə" döş nişanının təqdim edilməsi ilə bağlı yerli televiziyalara müsahibə verib.

İcraçı direktor verdiyi müsahibədə Azərbaycan və Özbəkistan arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafını vurğulayıb. A.Əliyeva qeyd edib ki, iki ölkə arasında qardaşlıq əlaqələri Prezident İlham Əliyev və Prezident Şövkət Mirzəyevin liderliyi ilə yüksək səviyyədə davam edir.

Qeyd edək ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Özbəkistan Prezidentinin təsis etdiyi "Vətəndaş cəmiyyətinin inkişafındakı xidmətlərinə görə" döş nişanı ilə təltif olunub.

QHT.az müsahibəni təqdim edir.

 

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı