Xalq şairi Nəbi Xəzrinin 100 illik yubileyi qeyd olunacaq
2024-cü il dekabrın 10-da saat 12:00-da, Xalq şairi Nəbi Xəzrinin məzarı Birinci Fəxri Xiyabanda ziyarət ediləcək.
QHT.az xəbər verir ki, saat 14:00-da isə Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda şairin 100 illik yubileyi münasibətilə tədbir təşkil ediləcək.
Tədbirdə maraqlananlar iştirak edə bilərlər.