Xəbərlər 06.12.2024 08:06 223

 "Könüllülük, əslində, gənclərin gələcək karyerasına hazırlıq prosesidir" - QHT sədri

"Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin rəhbəri Tükəzban Süleymanova QHT.az-a açıqlamasında 5 dekabr Azərbaycan Könüllülər Günündə gənclərə çağırış etdi.

Tükəzban Süleymanova gənclərin inkişafında könüllülüyün əvəzsiz rolunu vurğulayaraq bildirib ki, könüllülük, əslində, gənclərin gələcək karyerasına hazırlıq prosesidir. Bu müddət ərzində gənclər komanda ilə işləmək, düzgün ünsiyyət qurmaq, sosiallaşmaq kimi bacarıqlara yiyələnir, tanınır, eyni zamanda, həm öyrənir, həm də əylənirlər:

"Fəaliyyətinin qarşılığında müxtəlif düşərgələrdə iştirak etmək hüququ qazanır, müsabiqələrə qatılır və s. Təşkilat olaraq biz də bu yöndə daim işləməyi məqsəd kimi qarşımıza qoymuşuq və bu prosesdə müxtəlif dövlət qurumları və könüllü təşkilatları ilə işləyirik. Gənclərə sözümüz odur ki, daim öz üzərilərində işləsinlər, öyrənsinlər və öyrətsinlər. Heç zaman ruhdan düşməsinlər. Özlərinə qoyduqları bu sərmayə heç zaman itmir və həyatlarının bütün dönəmlərində onlara yardımçı olur. Azərbaycan könüllülərini, bu özəl günləri münasibətilə təbrik edir, onlara ən əsası cansağlığı və fəaliyyətlərində uğurlar arzu edirik".

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı