Xəbərlər 05.12.2024 19:38 314

Azərbaycanda ilk dəfə “Ləvəngi” Festivalı – Lənkəranda

İlin ən dadlı festivalı – “Ləvəngi”

 

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Lənkəran şəhər İcra Hakimiyyətinin dəstəyilə “Birinci Ləvəngi Festivalı” keçirildi. 
Dekabrın 5-də Lənkəran şəhər Heydər Əliyev adına xatirə parkındakı möhtəşəm tədbirdə Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, idarə, müəssisələrin rəhbərləri, ictimaiyyət və KİV nümayəndələri, şəhər sakinləri, qonaqlar iştirak edirdi.  
Cənub bölgəsinin ən məşhur təamı olan ləvənginin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınması məqsədilə təşkil olunan festivalda ləvəngidən hazırlanmış müxtəlif növ yeməklər nümayiş etdirildi.
Lənkəran, Astara, Masallı, Yardımlı, Lerik, Cəlilabad rayonlarındakı iaşə obyektlərinin təqdim edtikləri təamlar Azərbaycan Milli Kulinariya Assosiasiyası tərəfindən qiymətləndirildi, qaliblər diplomlarla təltif olundular.
Festivalda Lənkəran-Astara, Şəki-Zaqatala, Şirvan-Salyan Regional Mədəniyyət İdarələrinin bədii özfəaliyyət kollektivlərinin ifasında rəngarəng, ədəbi-bədii kompozisiyalar nümayiş olundu, müsiqi nömrələri səsləndirildi.
Xatırladaq ki, 2021-ci ilin noyabrın 8-də UNESCO-nun Şəhərlər Platforması tərəfindən Lənkəran şəhəri “qastronomiya” tematikası üzrə yaradıcı şəhərlər sırasına daxil olub.

 

 Akif AĞAYEV,
 foto Elsevər Əliyev.


 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı