Elşad Məmmədov: "Təmiz enerji ixracı regionun strateji rolunu gücləndirəcəkdir"
Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin bu gün keçirilən növbəti brifinqi zamanı Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov dünya təsərrüfat sistemində baş verən ciddi transformasiya prosesləri haqqında fikirlərini bölüşüb.
QHT.az xəbər verir ki, professorun sözlərinə görə, ənənəvi enerji sektorunun qeyri-səmərəli olması və yeni çağırışların formalaşması təmiz elektrik enerjisinin ixracını daha önəmli mövqeyə çıxarır. Elşad Məmmədov bildirib ki, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri yüksək alternativ enerji potensialına malikdir və bu potensialın reallaşdırılması regionun iqtisadi inkişafını sürətləndirə bilər:
“Regional iqtisadi əməkdaşlığın dərinləşməsi nəticəsində yüksək əlavə dəyər tutumlu təmiz elektrik enerjisinin Avropa bazarlarına ixracı bu ölkələrin dünya iqtisadiyyatındakı strateji rolunu daha da gücləndirəcəkdir. Xüsusəndə istehsalın bütün mərhələlərinin region ölkələri tərəfindən reallaşdırılması sözügedən ölkələrin sosial-iqtisadi inkişafına da müsbət təsirini göstərəcəkdir".
Pərvanə Fərhadqızı