Artıq reklam ChatGPT-də görünəcək
OpenAI, yeni maliyyələşdirmə üsulları və reklam əlavə etmə imkanlarını araşdırır. Baş maliyyə direktoru Sarah Frayer, reklamın istifadəçi təcrübəsini pozmamaq şərti ilə müzakirə edildiyini bildirib. Şirkətin reklam modelinə maraq, Google-un keçmiş rəhbəri Şivakumar Venkataramanın gəlişi ilə artıb.
QHT.az xəbər verir ki, ancaq baş direktor Sem Altman süni intellekt və reklamın birləşməsinin etik problemlər yaradacağına və istifadəçi etibarını zədələyə biləcəyinə diqqət çəkib. Reklam yalnız son çarə olaraq istifadə edilməlidir. Şirkət, artan xərcləri qarşılamaq üçün əlavə gəlir mənbələri axtarır.
R. İmanov