Xəbərlər 05.12.2024 10:13 394

Bir qrup Azərbaycan QHT nümayəndəsi Özbəkistanda səfərdədir - FOTO + VİDEO

Özbəkistanda ilk dəfə olaraq "Vətəndaş Cəmiyyəti Həftəsi" keçirilir. Bu həftə çərçivəsində müxtəlif tədbirlərin təşkil olunması planlaşdırılıb.
Xüsusilə, 5 dekabr tarixində Özbəkistan NNT-lər Milli Assosiasiyası tərəfindən Özbəkistan-Azərbaycan qeyri-hökumət təşkilatlarının əməkdaşlıq forumu keçiriləcək. Bu foruma qatılmaq üçün Azərbaycandan dövlət qurumlarının, vətəndaş cəmiyyətinin nümayəndələrinin və jurnalistlərin daxil olduğu bir nümayəndə heyəti Özbəkistana səfər edib.
Səfər proqramına uyğun olaraq, qonaqlar əvvəlcə Özbəkistanın incisi sayılan Səmərqənd şəhərində olub, tarixi nümunələrlə və memarlıq abidələri ilə tanış olublar. Səmərqəndə səfər bu gün də davam edəcək. Proqrama əsasən, yerli QHT-lərlə görüşlər keçiriləcək.

 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı