Aslan Əzimzadədən Beynəlxalq nailiyyət: Yeni monoqrafiya nəşr edildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü, tanınmış iqtisadçı-ekspert Aslan Əzimzadə beynəlxalq səviyyədə mühüm nailiyyət əldə edib. O, Dos. Dr. Aida Quliyeva, Dos. Dr. Ülviyyə Rzayeva və Aysel Quliyeva ilə birlikdə "International Relations Dynamics in the 21st Century: Security, Conflicts, and Wars" adlı monoqrafiyanın bir fəsli olan "Humanitarian Crises in the Digital Age" bölməsinin həmmüəlliflərindən biri kimi çıxış edib.
QHT.az xəbər verir ki, kitabın redaktoru Dos. Dr. Merve Suna Özel Özcan’dır və əsər dünyanın nüfuzlu nəşriyyatlarından biri olan IGI Global tərəfindən çap olunub. Əsərdə müasir beynəlxalq münasibətlərdə humanitar böhranlar və təhlükəsizlik məsələləri rəqəmsal dövrün kontekstində ətraflı şəkildə təhlil olunur.
Aslan Əzimzadə həmkarlarını təbrik edərək, bu monoqrafiyanın beynəlxalq səviyyədə elmi biliklərin inkişafına mühüm töhfə verdiyini vurğulayıb. O, kitabın CNN Türk-də xüsusi reportaj mövzusu olduğunu da qeyd edib.
Daha ətraflı məlumat üçün aşağıdakı linklərə baxa bilərsiniz:
IGI Global saytı
CNN Türk reportajı
Pərvanə Fərhadqızı