Xəbərlər 04.12.2024 15:31 192

“Korrupsiyaya qarşı mübarizə üzrə maarifləndirmə” -  Yardımlıda tədbir  

“Korrupsiyaya qarşı mübarizə üzrə maarifləndirmə” -  Yardımlıda tədbir  

 

Yardımlı rayonunda “Korrupsiyaya qarşı mübarizə və təhsilverənlərin etik davranış qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Ümumi təhsil, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisə rəhbərlərinin iştiak etdiyi görüşdə Yardımlı rayonu üzrə təhsil sektorunun müdiri Kamal Təhməzov və Yardımlı rayon prokurorunun böyük köməkçisi, III dərəcəli hüquqşünas Kənan Dadaşov korrupsiya ilə mübarizə metodları və müvafiq qanunvericiliklə bağlı ətraflı məlumat verib, korrupsiyanın cəmiyyətə mənfi təsirləri və qarşısının alınması üçün atılmalı olan zəruri addımlardan danışıblar.
Tədbirdə həmçinin təhsilverənlərin etik davranış qaydaları barədə fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Akif AĞAYEV


 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı