Xəbərlər 03.12.2024 20:27 159

“WhatsApp” milyonlarla “iPhone” smartfonunda işini dayandıracaq

WhatsApp 2025-ci il mayın 5-dən köhnə iPhone modellərində işləməyi dayandıracaq.

QHT.az xəbər verir ki, MacRumors portalına əsasən, tətbiq yalnız iOS 15.1 və daha yüksək versiyalara dəstək verəcək. Bu, iPhone 5s, iPhone 6 və iPhone 6 Plus kimi cihazların artıq WhatsApp-ı tam funksional şəkildə istifadə edə bilməyəcəyi deməkdir. Hesablar köhnə cihazlarda işləməyə davam etsə də, yeni funksiyalar və təhlükəsizlik yeniləmələri olmayacaq. Bundan əlavə, bu tarixdən etibarən köhnə iPhone-larda yeni WhatsApp hesabı açmaq və ya mövcud hesabı bərpa etmək mümkün olmayacaq.

WABetaInfo bildirir ki, bu addım WhatsApp-ın inkişafı və köhnə əməliyyat sistemlərinin təhlükəsizlik zəiflikləri ilə bağlıdır. Köhnə cihazlar üçün dəstəyin dayandırılması WhatsApp-ın daha etibarlı və funksional işləməsinə imkan verəcək.

 

R.İmanov


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı