"Laçın şəhərinin azad edilməsi Prezident İlham Əliyev diplomatiyasının qələbəsidir" - DEPUTAT
Laçın şəhər gününün qeyd edilməsi ilə bağlı məsləyə münasibət bildirən Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov QHT.az -a bildirib ki, Laçın rayonun işğalı Mütəllibov-AXC qarşıdırmasının qurbanına çevrildi. Deputat qeyd edib ki, lakin rayonun işğaldan azad edilməsi Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin siyasi dühasının qələbəsidir:
"Çünki Laçın rayonun düşmndən azad edilməsi müharibə ilə deyil diplomatiya ilə həll edildi. Cənab Prezidentin 28 may 2023-cü il tarixdə Laçınınlılarla görüşdə tarixi bir çıxış edərək söylədi: “Bu görüşü məhz 28 May tarixində təşkil etməyimizin böyük rəmzi mənası var. Bu gün müstəqil Azərbaycan dövləti həm dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, eyni zamanda, bu gün müstəqil Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadirdir. Bu gün yeni Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər güclü olmasını bir daha göstərir. Çünki cəmi 7-8 ay ərzində şəhərin böyük hissəsi tamamilə yenidən qurulub və sizin sərəncamınıza verilir. İlk 20 ailə artıq dünəndən Laçında yerləşibdir və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Beləliklə, birinci mərhələdə Laçında 4 minə yaxın, bəlkə də çox insan yaşayacaqdır. Bütövlükdə 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıbdır. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər. Amma bu, hələ tam proqramımız deyil. Laçın şəhərinin Baş planı hazırlanıb və bu gün təqdim ediləcək. Laçın şəhərində ikinci mərhələdə görüləcək işlərlə bağlı bizim çox dəqiq təsəvvürümüz var və beləliklə, hesab edirəm ki, ilin sonuna qədər daha çox insan Laçında yaşaya biləcək”. Laçınının artıq infrastrukturu formalaşıb. Quruculuq işləri intensiv həyata keçirilir. Laçın turrizim potensialına görə Azərbaycanın ən diqqət mərkəzində olan yerlərindən biri olacaq".