Xəbərlər 02.12.2024 16:48 145

Uşaq Səfirlər Məclisi müxtəlif bölgələrdə sosial və maarifləndirici tədbirlər keçirib - FOTOLAR

QHT.az xəbər verir ki, Uşaq Səfirlər Məclisi bölgələr üzrə nümayəndələrinin təşəbbüsü və rayon icra hakimiyyətlərinin təşkilatçılığı ilə müxtəlif mövzulara həsr olunmuş tədbirlər həyata keçirilib.

Cəbrayıl rayonu:
Cəbrayıl üzrə regional nümayəndə Aynur Məmmədova və rayon fəalı Quluyeva Aişənin təşəbbüsü ilə “Uşaq İnkişafı” adlı tədbir təşkil olunub. Tədbirin məqsədi uşaqlarda sosial inkişafı dəstəkləmək, onların ünsiyyət qurmaq bacarıqlarını artırmaq, empatiya, əməkdaşlıq və emosional sabitlik kimi keyfiyyətləri inkişaf etdirmək olub.

Masallı rayonu:
Masallı nümayəndələri Nuray Musayeva və Turan Əlisoyun təşəbbüsü ilə “İnternet təhlükəsizliyi” mövzusunda təlim keçirilib. Təlim zamanı uşaqlara internetdən təhlükəsiz istifadənin əsas prinsipləri izah edilib və onları mümkün risklərdən qorumaq yolları müzakirə olunub.

Qəbələ rayonu:
Qəbələ nümayəndələri Zəhra Həşimli və Ayan Ağalının təşəbbüsü ilə 3 saylı tam orta məktəbdə “Yol hərəkəti qaydalarını bilirikmi?” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə yol hərəkəti qaydalarına riayət etməyin əhəmiyyəti, bu qaydalara əməl edilməməsinin yarada biləcəyi problemlər və uşaqların mövzu ilə bağlı əl işləri müzakirə olunub.

Ağsu rayonu:
Ağsu nümayəndəsi Nemətli Şövkət “Uşaqdan uşağa” layihəsi çərçivəsində iki fərqli onlayn təlim təşkil edib. “Gələcəyini qur” adlı təlimdə uşaqlara gələcək planlarını və hədəflərini müəyyənləşdirməkdə dəstək olmaq məqsədilə müxtəlif metodlar öyrədilib. “Birlikdə inkişaf edək” adlı təlimdə isə həmrəylik və bilik paylaşımı təşviq edilib.

Siyəzən rayonu:

Siyəzən nümayəndələri Yazxanım Abbasova və Səlimə Müzəffərovanın təşəbbüsü, Siyəzən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə kənd məktəbliləri ilə sorğu aparmışdılar. Uşaqların məktəb haqqında problemləri və fikirləri öyrənilmişdir.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı