Xəbərlər 02.12.2024 14:26 175

İşsizlər üçün nəzərdə tutulan 17 milyon manat kimlərə veriləcək? Deputatdan açıqlama

İşsizlikdən Sığorta Fondunun 2025-ci il üçün büdcəsinə əsasən, 17 milyon manat işsizliyə görə sığorta ödənişlərinə ayrılacaq.

QHT.az xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, bu vəsait əmək müqaviləsi ilə çalışan və qanunla müəyyən hallarda iş yerlərini itirən vətəndaşlara şamil ediləcək:

"Ödənişin alınması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək və Məşğulluq" altsistemində işsiz kimi qeydiyyatdan keçmək və tələb olunan sənədləri təqdim etmək zəruridir. Əsas şərtlər arasında müəyyən sığorta stajı və itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində ödənişin təyin edilməsi yer alır. Beləliklə, göstərilən meyarlara uyğun şəxslər müraciət edərək bu yardımı ala bilərlər".

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı