Ağsu rayonu üzrə mediasiya təşkilatı fəaliyyətə başlayıb
Ağsu 1 saylı mediasiya təşkilatının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsi ilə tənzimlənən tələblərə uyğunluqları müəyyən edilmiş, Mediasiya Şurası İdarə Heyətinin qərarı ilə Ağsu 1 saylı mediasiya təşkilatı Şuranın üzvlüyünə qəbul edilərək təşkilat barədə məlumatlar mediasiya təşkilatları reyestrinə daxil edilib.
QHT.az xəbər ki, Ağsu 1 saylı mediasiya təşkilatına Ağsu, Şamaxı, Göyçay və Kürdəmir rayonu üzrə vətəndaşlar müraciət edə bilər. 19 noyabr 2024-cü il tarixindən etibarən Ağsu 1 saylı mediasiya təşkilatı fəaliyyətə başlayıb.
Ağsu 1 saylı mediasiya təşkilatının məlumatları:
Ünvan: Ağsu rayonu, Heydər Əliyev küçəsi
Email: [email protected]
Telefon: +994 55 766 80 42