Xəbərlər 15.11.2024 14:17 181

"COP29 təcrübəsi Bakı şəhərindəki sıxlığı azaltmaq üçün yeni təkliflər verir" - İqtisadçı ekspert

QHT.az saytına açıqlama verən İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli, COP29 sammitinin keçirilməsi ilə əlaqədar Bakı şəhərində yaşanan tıxacların qarşısını almağa yönəlik yeni təkliflər təqdim edib.

Eyyub Kərimli işə başlama saatlarının üç mərhələli şəkildə təşkil edilməsini, məsələn, işçilərin saat 8:00, 9:00 və 9:30-da işə başlamalarını təklif edib. Bu yanaşma, insanların eyni vaxtda yola çıxmalarının qarşısını alacaq və tıxacların azaldılmasına kömək edəcək. QHT sədri bu tədbirlərin müsbət nəticələr verə biləcəyini vurğulayıb və gələcəkdə daha da təkmilləşdiriləcək kompleks tədbirlərin tətbiqinə ehtiyac olduğunu qeyd edib.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı