Xəbərlər 15.11.2024 11:27 1886

Globalinfo.az 2 yaşında...

Bu gün Azərbaycan mediasının parlaq nümayəndələrindən biri olan Globalinfo.az saytının 2 illik yubileyini qeyd edirik. QHT.az olaraq, sizə böyük fəxarət və qürur hissi ilə təbriklərimizi çatdırırıq.

İki il öncə kiçik bir heyətlə böyük bir yolun başlanğıcını qoyan Globalinfo.az, qısa müddətdə ölkə informasiya məkanında özünəməxsus mövqe qazanaraq, oxucuların etimadını doğrultmağı bacardı. Sizin ciddi mövzulara verdiyiniz üstünlük, həmçinin milli maraqların qorunmasında göstərdiyiniz səy Azərbaycan mediasına yeni bir nəfəs gətirdi.

Xüsusilə, bu qısa müddət ərzində Azərbaycanın qalibiyyət hekayəsini və beynəlxalq səviyyədə uğurlarını dünyaya çatdırmaqda əvəzsiz rol oynamağınız alqışalayiqdir. COP29 tədbirindən hazırladığınız canlı yayım və reportajlar bu istiqamətdə ən bariz nümunələrdəndir. Bu yolda sizə dayanmadan dəstək olan oxucularınıza və yorulmadan çalışan kollektivinizə təşəkkürlərimizi çatdırır, xüsusi olaraq təsisçiniz, Əməkdar jurnalist Azər Ayxanı, baş redaktorunuz Aqşin Evrəni və bütün əməkdaşlarınızı təbrik edirik.

Sizləri bu uğurlarınız münasibətilə təbrik edir, gələcək fəaliyyətlərinizdə bol-bol uğurlar arzulayırıq.

 

Globalinfo.az kollektivi

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı