Xəbərlər 14.11.2024 17:52 268

"COP29-a ev sahibliyi etmək Azərbaycanın beynəlxalq nüfuzunun təzahürüdür" - QHT sədri

"Ailə Dünyası" Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının COP29 sammitində Azərbaycanın ev sahibliyi etməsindən qürur duyduğunu bildirib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycan beynəlxalq əhəmiyyətli tədbirlərin mərkəzinə çevrilib.

QHT.az xəbər verir ki, İctimai birliyin sədri noyabrın 11-də Yaşıl Zonada Milli QHT Forumunun pavilyonunda keçirilən bir sıra panel müzakirələrdə iştirak etdiyini və tədbirin təşkilat səviyyəsini yüksək qiymətləndirdiyini qeyd edib. O, tədbirdə dövlət-özəl sektor tərəfdaşlığının və su resurslarının davamlı idarə edilməsinin əhəmiyyətinə diqqət çəkən müzakirələrdə iştirak etdiyini bildirib.

Gülayə Səfərova, COP29-un dünya tarixində yadda qalan bir tədbir olacağına inandığını vurğulayıb.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı