Xəbərlər 14.11.2024 10:53 152

“Minatəmizləmə, iqlim dəyişikliyinə uyğunlaşma və dayanıqlılıq strategiyalarına inteqrasiya edilməlidir” — Hafiz Səfixanov

"Goranboy rayonunun Gülüstan kəndi ərazisində daha bir Azərbaycan vətəndaşı mina bartlayışına məruz qaldı. Müxtəlif dərəcədə yaralanıb. Bu onu göstərir ki, mina teroru Azərbaycanda davam edir və Azərbaycan vətəndaşları mina qurbanlarına çevrilirlər. Minatəmizləmə fəaliyyətinin ətraf mühitlə bağlı milli və beynəlxalq strategiyalara inteqrasiyasını təmin etməklə, iqlim dəyişmələrinin təsirinin azaldılması, uyğunlaşma və dayanıqlılığa dair müzakirələrə və strategiyalara minatəmizləmə fəaliyyətini daxil etməklə, Birləşmiş Millətlər Təşkilatının iqlim konfranslarını minaların və müharibənin partlayıcı qalıqlarının ətraf mühitə təsirini qəbul etməyə və həll etməyə, həmin sahə üçün resursların ayrılmasına çağırırıq".

QHT.az xəbər verir ki, bu sözləri “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov bildirib. Onun sözlərinə görə, işğal olunmuş ərazilərimizin hər yerində, istər təmas xəttində istərsə də, təmas xəttindən kənarda kütləvi minalanma prosesləri aparılıb, bu sülh danışıqlarının intensiv aparıldığı bir şəraitdə mina partlayıçlarının baş verməsi qarşı tərəfə etimadı azaldır və qarşı tərəf bu etimadı doğrultmaq üçün dəqiq mina xəritələrini Azərbaycan tərəfinə təqdim etməlidir.

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı