20 saylı Mediasiya Təşkilatı tələbələr üçün maarifləndirici tədbir keçirib - FOTOLAR
06.11.2024-cü il tarixində 20 saylı Mediasiya Təşkilatı tərəfindən Azərbaycan Dillər Universitetinin tələbə heyəti üçün "Mediasiya mübahisələrin alternativ həlli" mövzusuna həsr edilmiş maarifləndirici tədbir keçirilmişdir.
QHT.az xəbər verir ki, Azərbaycanda gənclər arasında mediasiya institutunun tanıdılmasını hədəfləyən bu tədbirdə 20 saylı Mediasiya Təşkilatının rəhbəri Nicat İsmayılov təqdimatla çıxış etmiş, ölkəmizdə məhkəmə öncəsi hüquqi problemlərin alternativ həlli istiqamətində mediasiyanın üstünlüklərindən və əhəmiyyətli rolundan bəhs etmişdir.
20 saylı Mediasiya Təşkilatının mediatoru, psixoloq-ailə məsləhətçisi Ülkər Zülfüqarova müasir dövrdə yaşanan ailə problemləri, ailədaxili mübahisələrin müsbət həllində tərəfsiz mövqedən çıxış edən mediatorların yüksək nəticələr əldə etməsi barədə çıxış etmişdir. Eyni zamanda tədbirdə Bakı 20 saylı Mediasiya təşkilatının hüquqşunas-mediatorları Hüseynov Elçin və Aydan Sabitova da mözvuya dair münasibətlərini öz çıxışları ilə qeyd etmişlər. Sonda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.