Xəbərlər 06.11.2024 17:53 1514

Masallılı boksçu dünya ikincisidir

Masallılı boksçu dünya birinciliyində gümüş medal qazanıb


Monteneqronun Budva şəhərində gənclər arasında keçirilən boks üzrə dünya birinciliyində (23 oktyabr - 03 noyabr, 2024-cü il) Azərbaycan millisinin (baş məşqçi Elbrus Rzayev) 18 yaşlı üzvü Əli Abdullayev uğurlu nəticə sərgiləyib. 63, 5 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız yarımfinalda fransalı, finalda isə özbəkistanlı rəqibinə üstün gələrək fəxri kürsünün ikinci pilləsinə yüksəlməyə nail olub. 
Məlumat üçün bildirək ki, Əli Fuad oğlu Abdullayev Masallı rayonunun Böyük Kolatan kəndində anadan olub. O, Azərbaycan İdman Akademiyasının birinci kurs tələbəsidir.
Ə.Abdullayevin ilk məqçisi, ona bu yolda bələdçilik edən Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin nəzdindəki Masallı rayon Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Orxan Cəbiyevdir.

 

Akif AĞAYEV 


 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı