ABŞ-da prezident seçkiləri keçirilir
Bu gün, noyabrın 5-də, ABŞ-da prezident seçkiləri keçirilir. Prezidentlik uğrunda mübarizə Demokratlar Partiyasının namizədi, vitse-prezident Kamala Harris və Respublikaçılar Partiyasının namizədi, keçmiş prezident Donald Tramp arasında baş verir. Seçkilərdə həmçinin müstəqil namizəd Robert F. Kennedy Jr. da iştirak edir.
QHT.az xəbər verir ki, müşahidəçilər 2024-cü il seçki yarışını 2020-ci ildən daha gərgin qiymətləndirir, çünki ölkədə yeddi yelləncək ştatı var (Arizona, Viskonsin, Corciya, Miçiqan, Nevada, Pensilvaniya və Şimali Karolina) ki, burada səsvermənin nəticələri gözlənilməzdir. Bu seçkilər yalnız Ağ Evə kimin rəhbərlik edəcəyini deyil, eyni zamanda Konqresin tərkibini də müəyyən edəcək. Senatda 34 yer, Nümayəndələr Palatasında isə 435 yer üçün mübarizə aparılır.
Seçkilərin nəticəsi Seçicilər Kollegiyası vasitəsilə müəyyən edilir və namizədin 538 seçici səsindən ən azı 270 səsini qazanması tələb olunur.
Pərvanə Fərhadqızı