Ayaz Hüseynov: "COP29 Azərbaycanın yaşıl enerji sahəsində lider ölkələrlə əlaqələrini genişləndirmək üçün əvəzsiz şansdır"
Azərbaycan, COP29 Tərəflərin Konfransına ev sahibliyi etməklə yaşıl enerji sahəsindəki nailiyyətlərini dünyaya təqdim etmək fürsəti əldə edib. Azərbaycan, neft-qaz hasilatını davam etdirərkən, “2030-cu ilə qədər enerji balansında yaşıl enerjinin 30 faiz payı” strategiyasını həyata keçirir və Gürcüstan, Rumıniya, Macarıstanla birgə yaşıl enerji tədarükü layihəsini reallaşdırır.
QHT.az xəbər verir ki, bu sözləri Hemofiliya Xəstələrinin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov bildirib. O, qeyd edib ki, Azərbaycanın bərpaolunan enerji potensialı təxminən 200 qiqavata çatır və bu sahəyə xarici investorların marağı artmaqdadır. İşğaldan azad edilmiş Cəbrayılda "Şəfəq" Günəş Elektrik Stansiyasının tikintisi də bu inkişafın bir hissəsidir: "COP29 həmçinin Azərbaycanın yaşıl enerji üzrə lider ölkələrlə əməkdaşlığını genişləndirməsinə, texnoloji transferlərə və yeni iş yerlərinin yaradılmasına imkan verəcək".
Pərvanə Fərhadqızı