Xəbərlər 04.11.2024 19:47 1305

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov növbəti səyyar görüş keçirib - FOTOLAR

Dövlət başçısının tapşırıq və göstərişlərinə uyğun olaraq, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən 2024-cü ilin noyabr ayı ərzində keçirilməsi nəzərdə tutulan səyyar görüşlərin qrafikinə əsasən, noyabrın 4-də Şirvan Peşə Liseyində səyyar görüş keçirilib.

QHT.az xəbər verir ki, görüşdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri və Aparatının əməkdaşları, aidiyyəti təşkilat və xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.

Görüşdən öncə Şirvan Peşə Liseyinin tələbələrinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. "Yaşıl dünya naminə həmrəylik ili" və 8 Noyabr – Zəfər Gününə həsr olunan sərgidə əsasən tullantılardan əl işləri nümayiş olunub.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı