Xəbərlər 03.11.2024 10:56 1654

COP29 və COP30 ölkələrinin QHT-ləri arasında görüş keçirilib

2024-cü il noyabrın 1-də Azərbaycan və Braziliya QHT-ləri iqlim dəyişmələrinə qarşı mübarizə mövzusunda birgə səyləri müzakirə etmək üçün görüş keçirib. 
 

Görüşdə Azərbaycan tərəfdən COP29 QHT Koalisiyasının təşəbbüskarı olan 
Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli, Forumun üzvü Urfan Sərkərov, Braziliya tərəfdən isə COP29 QHT Koalisiyasının üzvü, “Empodera Klima” təşkilatının rəhbəri Renata Kox, UNFCCC-də müşahidəçi statusa malik “İgarape” İnstitutunun nümayəndəsi Alina Lara, “Coordenação das Organizações Indígenas da Amazônia Brasileira” təşkilatının təmsilçisi Valdeniza Vasques, “CNPC do MINC” təşkilatının məsləhətçisi Alana Mançineri iştirak edib.

 

Görüşdə COP29 QHT Koalisiyası ilə əlaqədar Azərbaycanın unikal təcrübəsi öyrənilib, bu Koalisiyada inklüzivlik prinsipinin xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı