Xəbərlər 31.10.2024 10:27 981

4,6 min uşaq reabilitasiya yönümlü sosial xidmətlərlə təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən yanvar-sentyabr aylarında 4640 uşağa reabilitasiya yönümlü sosial xidmətlər göstərilib. 

 

Onlardan 940 uşaq Agentliyin müəssisələrində stasionar və yarımstasionar şəraitdə sosial xidmətlərlə təmin edilib. Əlilliyi olan 350 uşaq isə qurumun sosial xidmət mərkəzlərində yarımstasionar sosial xidmətlərə cəlb edilib. 

 

Həmçinin qeyd olunan dövrdə qurumun sosial sifarişləri əsasında icra olunan layihələr çərçivəsində 3350 nəfər əlilliyi olan uşağın asudə vaxtının səmərəli təşkili məqsədilə tədbirlər də təşkil olunub.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı