Xəbərlər 30.10.2024 21:20 813

Çinli həkimlər smartfonlarda xərçəngin müayinəsi üçün süni intellekt hazırlayırlar

Çinli həkimlər süd vəzisi xərçənginin skrininqi üçün süni intellektə əsaslanan infraqırmızı termoqrafiya (AI-IRT) sistemi hazırlayır. Bu sistem istifadəçilərə infraqırmızı kameraları smartfonlarına qoşaraq xərçəng riskini yoxlamağa imkan tanıyır.

QHT.az xəbər verir ki, Pekin Xiehe Xəstəxanasının baş həkimi Sun Qianqın, sistemin infraqırmızı kamera, süni intellekt alqoritmi və böyük məlumatların emalı platformasından ibarət olduğunu qeyd edir. İstifadəçilər termal görüntüləri çəkərək mobil proqrama yükləyir və alqoritm bu şəkilləri emal edərək xərçəng riskini müəyyən edir.

Tədqiqat qrupunun məqsədi, bu sistemin Çinli qadınlar arasında preklinik süd vəzisi xərçəngi skrininqini daha rahat, dəqiq və qənaətcil etməsidir. Ultraprolar, mamoqrafiya və MRT kimi müayinələrlə müqayisədə, AI-IRT sistemi qeyri-invaziv, radiasiyasız və sürətlidir. Tədqiqatçılar bu sistemi evlərdə və icma sağlamlıq mərkəzlərində genişləndirmək niyyətindədir.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı