Xəbərlər 23.10.2024 13:08 1267

Deputat Azərbaycanın Yaşıl İnnovasiya sektorunda artan rolu haqqında danışdı

Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədri, deputat Sadiq Qurbanov, Azərbaycanın yaşıl innovasiya sahəsində artan əhəmiyyətini vurğulayaraq, ölkəmizin dayanıqlı gələcək naminə uğurlu addımlar atdığını bildirib.

QHT.az xəbər verir ki, Sadiq Qurbanov COVİD-19 pandemiyası dövründə Azərbaycanın beynəlxalq miqyasda göstərdiyi yardımların əhəmiyyətini qeyd edərək, böhran şəraitində düzgün idarəetmənin ölkənin gücünü və humanitar missiyasını ön plana çıxardığını bildirib: "Pandemiya zamanı böyük dövlətlər öz vaksin ehtiyatlarını anbarlarda topladı, lakin Azərbaycan 30-dan çox ölkəyə yardım göstərərək humanitar dəyərləri önə çıxardı."

İdarəetmənin üç əsas istiqamətinə — iqtisadi, sosial və ekoloji — toxunan deputat, Azərbaycanın inklüziv inkişaf modelinin uğurla həyata keçirildiyini və bu sahədə Litva və Macarıstan kimi ölkələrlə birlikdə öncüllər sırasında yer aldığını vurğuladı.

Deputat COP 29-un Azərbaycanda keçirilməsinin əhəmiyyətini xüsusi qeyd edərək, ölkəmizin dayanıqlı idarəetmə modelinin beynəlxalq səviyyədə nümayiş etdirilməsinin vacibliyini vurğuladı: "Bizim bu sahədə təcrübəmiz var və dünyamızın xilası yolunda töhfə veririk."

Sadiq Qurbanov, həmçinin, artan əhali və torpaq ehtiyacına diqqət çəkərək, dəmiryolunun inkişafının prioritet sahələrdən biri olduğunu, bu sahədə görülən işlərdən məmnunluğunu ifadə edib: "Dəmiryolu nəqliyyatı həm ucuz başa gəlir, həm də ekoloji baxımdan səmərəli seçimdir. Bu sahənin inkişafı məni çox sevindirir."

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı