Meta məşhurların reklam fırıldaqları ilə mübarizə aparan texnologiyanı işə salır
Meta, məşhurların şəkillərindən istifadə edən saxta reklamlarla mübarizə aparmaq məqsədilə sifətin tanınması texnologiyasını sınaqdan keçirdiyini açıqlayıb. Bu texnologiya, Facebook və Instagram-da saxta məşhur hesablarını müəyyən etmək üçün istifadə ediləcək.
QHT.az xəbər verir ki, Meta-nın məzmun siyasəti üzrə vitse-prezidenti Monika Bickert bildirib ki, "celeb-bait" adlanan bu sxemlər istifadəçilərin məlumatlarını ələ keçirməyə yönəlib və şirkətin siyasətini pozur. Texnologiya yalnız saxta reklamlarla mübarizə üçün istifadə olunacaq və yoxlamadan sonra bütün şəkillər silinəcək. Meta, həmçinin süni intellektlə yaradılmış saxta reklamlara qarşı mübarizəni gücləndirəcək.
Sınaqlar uğurlu nəticələr göstərib və Meta yaxın həftələrdə daha geniş ictimai xadimləri bu barədə məlumatlandırmağa başlayacaq.
Pərvanə Fərhadqızı