Xəbərlər 21.10.2024 08:11 1188

Çində naməlum növə aid ən kiçik dinozavr yumurtası tapılıb

Çinli tədqiqatçılar indiyə qədər aşkar edilmiş ən kiçik fosilləşmiş dinozavr yumurtasını tapıblar.

QHT.az xəbər verir ki, 2021-ci ildə Ganzhou şəhərində Son Təbaşir dövrünə aid altı dinozavr yumurtası aşkar edilib. Çin Yer Elmləri Universiteti və Çin Elmlər Akademiyasının birgə tədqiqat qrupu yumurtaların hərtərəfli təhlilini aparıb. Mütəxəssislər qabaqcıl texnologiyalarla yumurtaların strukturunu araşdıraraq, onların yeni bir dinozavr cinsinə aid olduğunu təsdiq ediblər.

Bu yeni növ "Minioolithus ganzhouensis" adlandırılıb.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı