QHT sədri erkən nigahların təsirini müzakirə edib - VİDEO
“Yeni Həyat” İctimai Birliyinin sədri Nailə İsmayılova, İTV-də yayımlanan “Sabaha Saxlamayaq” verilişində erkən nigahların neqativ təsirləri ilə bağlı çıxış edib. O, X1 rayonu, X1 kəndindən gələn bir siqnal nəticəsində yaşanan bir hadisəni iştirakçılarla bölüşdü.
QHT.az xəbər verir ki, QHT sədri məktəbdən alınan məlumatlarla bağlı yerində araşdırma apardığını və oğlanın toya hazırlaşdığını öyrəndiyini bildirib. Verilişdə, qızın 15 yaşında olması səbəbindən bu toyun həyata keçirilməsinə icazə vermədiyini vurğulayıb: “Atası mənimlə kobud danışdı, buna görə səsimi ucaltdım. Dedim ki, bilirsinizmi, oğlunuz cinayət məsuliyyəti daşıyır. Vətəndaş cəmiyyəti üzvü olaraq, bu toyun olmasına icazə verməyəcəyəm.”
N. İsmayılova, bu məsələlərin cəmiyyət tərəfindən daha geniş müzakirə edilməsinin vacibliyini vurğulayaraq, gənc qızların hüquqlarının qorunması və erkən nigahların qarşısının alınması üçün birgə fəaliyyətin əhəmiyyətini qeyd edib. Verilişdə iştirak edən digər müzakirəçilər də İsmayılovanın fikirlərini dəstəkləyərək, erkən nigahların cəmiyyətdə yaratdığı neqativ təsirləri və buna qarşı mübarizə yollarını müzakirə etdilər.
Pərvanə Fərhadqızı