Xəbərlər 10.10.2024 14:12 2843

Nadir Adilov: "Mediasiya vəsaitlərinin artımı peşəkar mediatorların sayəsində mümkündür"

QHT.az xəbər verir ki, Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, mediasiya sahəsində yazılan nəzəri və praktik vəsaitlərin sayının artdığını vurğuladı. O, peşəkar mediatorların bu prosesdəki rolunu ön plana çəkərək, “Üç il öncə təlim və tədris üçün bir dənə belə vəsait tapmırdıqsa, bu gün artıq beş vəsaitimiz işıq üzü görüb,” - dedi.

N. Adilov, bu vəsaitlərin yaxın zamanda daha da artacağını, bunun da peşəkar mediatorların və təlimçilərin səyinə bağlı olduğunu bildirdi. Eyni zamanda, Bakı 18 saylı Mediasiya Təşkilatının rəhbəri Sadiq Bağırovun bir vəsaitin ərsəyə gəlməsindəki töhfələrini yüksək qiymətləndirərək, ona dərin təşəkkürünü bildirdi.

Nadir Adilov, mediasiya sahəsinin inkişafının əhəmiyyətini vurğuladı və gələcəkdə də bu istiqamətdə fəaliyyətlərin davam etdiriləcəyini qeyd etdi.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı