Xəbərlər 09.09.2024 14:12 951

Sosial Xidmətlər Agentliyi tərəfindən ötən dövrdə 622 uşaq övladlığa verilib

Övladlığagötürmə sahəsində idarəetmənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunduğu 1 noyabr 2019-cu ildən bu günədək Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən 622 uşaq övladlığa verilib. 

 

Onlardan 310-u oğlan, 312-si qızdır. 

 

Nazirliyin digər fəaliyyət sahələrində olduğu kimi, övladlığagötürmə sahəsində də idarəetmə və xidmətlər elektron infrastruktur üzərindən həyata keçirilir. 

 

Övladlığa verilən uşaqların ailələrdə fiziki-mənəvi inkişafının təmin olunmasına nəzarət edilir. Bu məqsədlə həmin uşaqlar 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə ildə bir dəfə olmaqla monitorinqlər həyata keçirilir. Ötən dövrdə 6 minə yaxın belə monitorinq həyata keçirilib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı