“Gənclər arasında ekoloji maarifləndirmə və tərbiyə işinin kompleks təşkili” adlı layihə çərçivəsində iclas keçirilib
Gənc Vətənpərvərlər ” İctimai Birliyi (GVİB ) Azərbaycan RespublikasınınGənclər Fondunun maliyyə dəstəyi ilə 01 sentyabr 2024-cü il tarixindən “Gənclər arasında ekoloji maarifləndirmə və tərbiyə işinin kompleks təşkili” adlı layihə əsasında Bakı şəhərində maarifləndirmə məqsədi ilə Ali və orta məktəblərində, İdman cəmiyyətlərində layihənin icrasının başlanması ilə bağlı birliyin növbədən kənar İdarə Heyətinin iclası keçirilib.
QHT.az xəbər verir ki, giriş sözü ilə tədbiri açıq elan edən layihə rəhbəri M. Əliyev gündəlikdə duran məsələləri tədbir iştirakçıların nəzərinə çatdırdı və qeyd edərək bildirib ki, Gənclər Fondun maliyyə dəstəyi ilə icra olunan layihə ilə bağlı birliyin İdarə Heyətində müzakirə olunmuş və icra planına uyğun olaraq ilk növbədə layihə rəhbəri və mühasibdən ibarət işçi heyəti formalaşdırılıb, əmr və müqavilələr hazırlanıb. Bunun xaricində təşkilatın 10 fəalı da könüllü olaraq layihəyə cəlb edilib. İşçilər arasında müvafiq təlimatlar verilərək iş bölgüsü aparılıb.
Layihə rəhbəri, ictimai xadim Müqamət Əliyev bildirdiyinə görə, layihə 3 ay müddətində (01 sentyabr -30 noyabr 2024-cü il) icra olunacaq. Tədbirdə layihə rəhbəri və təşkilat tərəfindən dəvət olunacaq könüllü ekspertlər iştirak edəcək.
Məlum olduğu kimi, BMT-nin iqlim dəyişiklikləri üzrə növbəti konfransı (COP 29) Bakıda baş tutacaq.Sözügedən konfranslar 1992-ci ildə Rio-de-Janeyrodakı “Yer Sammiti”ndə BMT-nin iqlim üzrə çərçivə konvensiyası qəbul edildikdən sonra keçirilməyə başlanılıb. Hazırda 180-dən çox ölkəni birləşdirən bu konfranslar ilk illər böyük diqqət cəlb etməsə də, XXI əsrdə ən vacib siyasi hadisələrindən birinə çevrilib. Zaman-zaman fərqli ölkələr konfransa ev sahibliyi etmək uğrunda yarışırlar: bu, həm ekoloji məqsədlərə sadiqlik, həm də qlobal ekoloji gündəmi özünəməxsus şəkildə korrektə etmək imkanı kimi dəyərləndirlir.
COP29 Azərbaycan və digər neft ölkələri üçün olduqca vacibdir və bütövlükdə onun gündəliyini Azərbaycan üçün əlverişli hesab etmək olar. Bu, həmçinin dünyanın diqqətini iqlim məsələləri ilə bağlı Cənubi Qafqaz regionu və Azərbaycana cəlb etmək deməkdir. Müqamət Əliyev onu da bildirib ki, layihə çərçivəsində müxtəlif vaxtlarda Ali təhsil müəssisələrində, Kolleclərdə layihə rəhbəri və mövzu üzrə könüllü ekspertlərin iştirakı ilə ekoloji inkişafa dəstək məqsədi ilə gənclər, eləcə də digər yaş kateqoriyasından olan yerli sakinlərlə təbliğat xarakterli söhbətlər aparılacaq.
Tədbirdə Azərbaycan Respublikasının Gənclər Fonduna dövlət gənclər siyasətinin ən əsas istiqamətlərindən biri olan gənclərin azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında vətəndaşlıq,milli-mənəvi dəyərlər və gənc nəslin sağlam, vətənpərvər ruhunda yetişdirilməsində,müxtəliv növlü effektiv tədbirlərinin təşkil olunmasında və səmərəli əməkdaşlığına görə təşkilat tərəfindən fəxri fərmanla təltif olunub. İclasda cari məsələlər də müzakirə olunmuş və IV-cü rübdə görüləcək işlər və Azərbaycan Respublikasının Gənclər Fondun maliyə dəstəyi ilə icra olunan tədbirlər planı təsdiq olundu və icra olunacaq layihə üzrə təşkilat komitəsi yaradıldı.