Yer əslində mükəmməl dəyirmi deyil
Yer kosmosdan mükəmməl dairəvi görünsə də, əslində qeyri-müntəzəm ellipsoid formadadır.
QHT.az xəbər verir ki, Yerin qütblərində bir qədər yastı, ekvatorda isə qabarıq olması planetin fırlanması və mərkəzdənqaçma qüvvəsi ilə bağlıdır. Ekvatorial diametri 12.756 km, qütb diametri isə 12.714 km-dir, bu da 42 km fərq deməkdir.
Mərkəzdənqaçma qüvvəsi planetlərin ekvatorda qabarıq olmasına səbəb olur. Yerin forması statik deyil və tektonik plitələrin hərəkəti, təbii fəlakətlər, gelgitlər kimi müxtəlif amillərin təsiri ilə daim dəyişir.
Pərvanə Fərhadqızı