Xəbərlər 05.09.2024 10:21 1518

İsrayıl İsgəndərov: "Bəzi QHT-lər missiyasını yaddan çıxarıb, bu yolverilməzdir"

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin "orden" və "medal" paylayan bəzi QHT-lərə xəbərdarlığına reaksiya olaraq, Ümid Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri İsrayıl İsgəndərov QHT.az-a öz fikirlərini bildirib.

"Bəzi QHT-lər QHT missiyasını yaddan çıxarıb müxtəlif kompaniyalar vasitəsilə imic formalaşdırılar, bu yol verilməzdir. Bəyanət çox yerində verilib.   QHT-lər cəmiyyətin sosial-iqtisadi və ictimai-siyasi inkişafının barometri sayılır. QHT-lər vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşmasını özündə ehtiva edən bir institutdur. QHT cəmiyyətin maraqlarını qorumaqda, rifahını yaxşılaşdırmaqda aparıcı rola malik olmalıdırlar. Rifahın yaxşılaşdırılması, problem və istəklərin  müəyyənləşdirilməsi, onların aktuallaşdırılması və həlli istiqamətində cəhdlər QHT-in əsas məqsədləridir".


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı