Xəbərlər 05.08.2024 11:50 1735

QHT sədri İctimai şuraların Dövlət idarəçiliyindəki rolundan danışıb

“İctimai şuraların fəaliyyətinin genişlənməsi, 2020-ci ilin martında Prezidentin Milli Məclisin yeni tərkibdə seçilməsi ilə bağlı çıxışından sonra ciddi bir irəliləyiş yaşandı. Prezidentin ictimai nəzarətin gücləndirilməsi ilə bağlı çağırışı cəmiyyətdə yeni bir dalğa yaratdı və ictimai şuraların yaradılması təşviq edildi. Lakin, ölkədə 32-dən çox mərkəzi icra hakimiyyəti orqanı mövcud olsa da, yalnız 20-yə yaxınında ictimai şuralar fəaliyyət göstərir. Bu institut, dövlət qurumlarına daha yaxın olmağa və problemlərə daha sürətli reaksiya verməyə imkan tanıyır”.

QHT.az xəbər verir ki, bu fikirləri "İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İB-nin sədri Cəsarət Hüseynzadə Dost TV-də yayımlanan "Ekspert rəyi" verilişində vurğulayıb. Onun sözlərinə görə, ictimai şuralar dövlət qurumları ilə cəmiyyət arasında əlaqəni gücləndirərək şəffaflıq və ictimai nəzarəti təmin edir.

 

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı