Xəbərlər 05.08.2024 08:50 1632

“Ailədaxili mübahisələrin həlli ilə bağlı mediasiya xidmətlərinin tətbiqinin genişləndirilməsi” mövzusunda onlayn görüş keçirilib - FOTOLAR

2 avqust 2024-cü ildə Mediasiya Şurası və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi birgə “Ailədaxili mübahisələrin həlli ilə bağlı mediasiya xidmətlərinin tətbiqinin genişləndirilməsi” mövzusunda onlayn görüş keçirib.

QHT.az xəbər verir ki, görüşdə Bakı 18 saylı Mediasiya Təşkilatının rəhbəri Sadiq Bağırov, Mediasiya Şurasının əməkdaşı Maksim Lətifov, Dövlət Komitəsinin nümayəndələri və 55 yerli icra hakimiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirdə mediasiya haqqında qanun, xidmətlərin əlçatanlığı, ailədaxili mübahisələr və uşaqların mənafeyinin qorunması mövzusunda müzakirələr aparılıb.

Görüşlərin davam etdirilməsi planlaşdırılır.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı