Xəbərlər 19.07.2024 12:13 3523

Azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

 

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə yeddimərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq 2021-ci il təvəllüdlü azyaşlını valideynlərinə təhvil veriblər.

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı