Könul Quliyeva: QHT.az saytı zaman keçdikcə tanındı, inkişaf etdi, böyüdü və QHT sektorunun ən çox istinad etdiyi mətbuat orqanına çevrildi
“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin sədri Könul Quliyeva:
"Bu gün Azərbaycan mediasında öz dəsti xətti, maraqlı xəbərləri və layihələri ilə seçilən QHT.az xəbər portalının 9 yaşı tamam olur.
Yarandığı ilk gündən spesifik olaraq yalnız QHT sahəsini işıqlandıran, kənardan heç bir maddi dəstək almadan bütün reallıqları olduğu kimi, yəni düzü-düz, əyrini-əyri göstərən QHT.az saytı zaman keçdikcə tanındı, inkişaf etdi, böyüdü və QHT sektorunun ən çox istinad etdiyi mətbuat orqanına çevrildi. QHT.az bu gün ölkədə və dünyada baş verən proseslərə hərtərəfli yanaşma sərgiləyir. Bu saytın əsas hədəfləri yalnız QHT sektorunda ədalətli yanaşmanı və reallıqları əks etdirmək deyil, həm də vətənpərvərliyin, milli-mənəvi dəyərlərin təbliğidir. Çünki QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə vətənpərvər, milli-mənəvi dəyərlərə hörmətlə yanaşan, ölkəsini sevən bir insandır. Onun 9 il ərzində bütün çətinliklərə sinə gərərək yaşatdığı, böyütdüyü QHT.az saytını və bu saytın bütün kollektivini ad günləri münasibətilə təbrik edirəm. Onu da qeyd edim ki, QHT.az saytı mənim inandığım, güvəndiyim və ilkin informasiyanı aldığım saytlardan biridir. Ümumiyyətlə saytın informasiya məkanında özünəməxsus yeri var və aparıcı informasiya mənbəyi kimi qəbul olunur. Obyektliyi, düzgünlüyü, eyni zamanda xəbər keyfiyyəti ilə seçilən QHT.az hər birimizin saytıdır.
Saytın rəhbəri Cəsarət Hüseynzadənin operativ və təhlili yazıları hər zaman gündəmi saxlayıb, oxucuları sayta cəlb edib.
Hörmətli Cəsarət müəllim, çoxlu sayda informasiya vasitələrinin mövcud olduğu bir zamanda öz oxucu kütləsini formalaşdıraraq öz səmimiliyinizlə və peşəkarlığınızla böyük rəğbət qazanmısınız. Vətəndaşı olduğunuz dövlətin, millətin maraqlarına həmişə sadiq qalan bir kollektiv kimi bir daha sizi ürəkdən təbrik edir, məşğul olduğunuz bu şərəfli işinizdə sizə bol enerji və yeni-yeni müvəffəqiyyətlər arzu edirəm.
Gün o gün olsun ki, rəhbərlik etdiyiniz doğma QHT.az-ın 19, 29, 39 yaşlarını da birlikdə qeyd edək!"