Xəbərlər 24.06.2024 13:47 8864

PA rəsmisi: Yeni inkişaf mərhələsinə qədəm qoyan həm də Azərbaycan QHT-ləridir

Bu gün Zəngilanda Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirilir.

Forum Zəngilan Konqres Mərkəzində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Milli QHT Forumunun birgə təşkilatçılığı ilə baş tutur. 
 

Forumda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektoruna müdir Tural Əliyev çıxış edib.
 

PA rəsmisi qeyd edib ki, Az əvvəl Xüsusi Nümayəndəliyin bərpa və quruculuq işləri, planlara dair nümayiş etdirdiyi təqdimatlar heyrətamiz idi, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Şərqi Zəngəzur və Qarabağ hər birimizin gözləri qarşısında cənnətə çevrilir! İndi bu müqəddəs torpaqlara yenidən həyat qayıdır. 

“Yeni inkişaf mərhələsinə qədəm qoyan həm də Azərbaycan QHT-ləridir. 2023-cü ilin noyabrında keçirilmiş I forumla indiki II forum arasında müddət qısa olsa, ötən forumda qarşıya qoyulmuş vəzifələr üzrə qət edilən məsafə kifayət qədər böyükdür. Azərbaycan QHT-lərinin performansına ölçüləbilən nəticələr üzərindən baxmaq, daha doğru olardı. 
Bu dövr ərzində QHT sektorunda təşəbbüskarlıq, ictimai nəzarət, hesabatlılıq, şəffaflıq, ixtisaslaşma xeyli dərəcədə yüksəlib.”


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı