Xəbərlər 19.06.2024 12:44 7619

Milli QHT Forumu Qlobal sammit çərçivəsində Side Event təşkil edib - FOTOLAR

18 iyun tarixində Azərbaycanda keçirilən “Sağlam Gələcəyin Proqnozlaşdırılması üzrə 2-ci illik Qlobal Sammit” çərçivəsində Azərbaycan Milli QHT Forumu yan tədbir təşkil edib. Tədbir zamanı yerli QHT-lər və Sammitdə iştirak edən xarici təşkilatlar, QHT-lər, ekspert və beynəlxalq fondların nümayəndələri arasında görüş keçirərək, COP29 prosesinə töhfə verə biləcək məsələlər üzrə əməkdaşlıq perspektivlərini müzakirə ediblər. 

Görüşün məqsədi Beynəlxalq/xarici vətəndaş cəmiyyəti ilə Azərbaycanın səhiyyə və iqlim QHT-ləri üçün qlobal sağlamlıq və COP29-la bağlı bilik, anlayış və təcrübələri bölüşmək, dayanıqlı ətraf mühit istiqamətində işləmək üçün əməkdaşlıq təşəbbüsləri və tərəfdaşlıqların qurulması üçün dialoq, həmçinin beynəlxalq təşkilatlar ilə şəbəkələşməni gücləndirməklə COP29 Prosesinə və yekun nəticələrə əsaslı töhfə vermək olub. 

Tədbirdə çıxış edən Milli QHT Forumunun idarə heyətinin sədri Ramil İskəndərli Forum haqqında məlumat verərək, COP29 prosesinə yerli təşkilatların gördüyü işlərdən və xarici QHT-lərin dəstəyi barədə vurğulayıb.  Görüşdə çıxış edən COP29 Təşkilat Komitəsinin üzvü Pərvanə Vəliyeva iqlim dəyişikliyinin insan sağlamlığına təsiri, yeni xəstəliklərin yaranması və mövcud infeksion xəstəliklərin ocaqlarının artması ilə bağlı qlobal səhiyyə cəmiyyətini narahat edən məsələlərə toxunaraq bildirib ki, COP29 zamanı İnsan Kapitalı gündəliyi çərçivəsində müzakirə olunacaq prioritet məsələlərdən birinin də səhiyyə olacağını bildirib. 


 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı