Peşə liseyinin tələbələri arasında yaşıl düşüncə təşviq edilib - FOTOLAR
Salyan rayonunda Vətən Müharibəsi Qəhrəmanı Sübhan Cəbrayılovun adını daşıyan peşə liseyində müasir dövrün tələblərinə uyğun iyirmiyə yaxın peşələr tədris edilir. Burada elektrik montyoru, mebel ustası, bitkiçilik mütəxəsisi, aqroservis mütəxəssisi, geniş profilli traktorçu və digər ixtisaslar üzrə peşə öyrənən gənclər bu gün aqrar sektorda və digər xidmət sahələrində çaqlışmaqdadırlar. Gələcəyin peşə sahibləri fənn məşğələlərində, təcrübə saatlarında əldə etdikləri biliklərlə yanşı, ətraf mühitin mühafizəsi üzrə də məlumatlandırmaya maraq göstərirlər. Buna görə də tələbələr “Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İçtimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan “Yaşıl düşüncənin yerlərdə təşviqi“ layihəsi çərçivəsində peşə liseyində keçirdiyi dəyirmi masada fəal iştirak ediblər.
QHT.az xəbər verir ki, tədbir iştirakçıları Vətən Müharibəsi Qəhrəmanı Sübhan Cəbrayılovun burada xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri qoyub, torpaqlarımızın azadlığı uğrunda şəhid olan əsgər və zabitlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra dəyirmi masaya başlayıblar.
Peşə liseyinin direktoru Ruslan Fətullayev qonaqları salamlamış və Azərbaycanda ətraf mühitin mühafizəsi, iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində həyata keçirilən uğurlu dövlət siyasətindən danışmış və “Ana Kür” ictimai birliyinin icra etdiyi layihəyə uğurlar arzu edib.
Layihə rəhbəri Rüstəm Məlikov icra olunan layihədə qaldırılan problemlərin həlli istiqamətində görülən işlərdən, ümumilikdə isə ekoloji tarazlığın qorunması, iqlim dəyişmələrinin təsirinin azadılması istiqmətində cəmiyyətimizin üzərinə düşən ictimai məsuliyyəti vurğulayı və qeyd edib ki, həyatımızin normal fəaliyəti yaşıl düşüncəmizin səviyyəsindən çox asılıdır.
Salyan rayon ziyalılar birliyin sədri, Əməkdar müəllim Allahverdi Piriyev, Qarabağ Müharibəsı, Şəhid Ailələri İctimai Birliyinin Salyan rayon filialının sədri Arif Əsgərov, “Qələbə” qəzetinin əməkdaşı, yazıcı-publisist Əzizağa Məmmədli bildirmişlər ki, “Yaşıl dünya naminə həmrəylik ili”ndə ölkəmizdə baş tutacaq COP-29 tədbirinin cəmiyyətimizdə yaşıl düşüncənin formalaşmasında mühüm rol oynayacaqdır.
Dəyirmi masa çay süfrəsi ətrafında davam etdirilib, iştirakçılara maarifləndirici materiallar paylanılıb və onları maraqlandıran suallar cavablandırılıb.